Tibbi vasitə - vaginal şam
1 şamın tərkibi:
Natrium hialuronat - 5 mq
Süd turşusu - 5 mq
Asiya sentellası yağı - 60 mq
Gülümbahar yağı - 60 mq
Aloe vera gel - 60 mq
Çay ağacı yağı - 2 mq
Köməkçi maddələr: Aerosil 200, polisorbat 80, bərk yağlar.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
• Qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (vulvit, vaginit, vulvovaginit, salpingit, ooforit, salpingo-ooforit, endometrit və s.) zamanı köməkçi vasitə kimi.
• Uşaqlıq yolunun selikli qişasının atrofik və distrofik vəziyyətinin müalicəsi zamanı (pre- və postmenopauza dövründə atrofik kolpit (vaginit) köməkçi vasitə kimi.
• Doğuşdan, ginekoloji əməliyyatlardan sonra yaraların sağalması və bitişmənin sürətlənməsi məqsədilə köməkçi vasitə kimi.
• Estrogen çatışmazlığının səbəb olduğu uşaqlıq yolunun selikli qişasının quruluğu zamanı köməkçi vasitə kimi.
• Abortdan, uşaqlıqdaxili kontraseptiv spiralın istifadəsindən, uşaqlıq boynu diatermokoaqulyasiyasından, histeroqrafiya və uretradaxili müayinələrdən əvvəl və sonra köməkçi vasitə kimi.
ƏKS GÖSTƏRİŞLƏRİ: Məhsulun hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
İSTİFADƏ QAYDALARI VƏ DOZA: Gün ərzində 1 dəfə (axşam yatmazdan əvvəl) 1 şam uşaqlıq yoluna yeridilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
ƏLAVƏ TƏSİRLƏRİ: Uzun müddət istifadəsi zamanı individual hiperhəssaslıq halları müşahidə oluna bilər.
BURAXILIŞ FORMASI: 10 vaginal şam.
SAXLANMA ŞƏRAİTİ: Orijinal qablamada +18-250C temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NIŞANININ SAHİBİ: “WISE PHARMA” LP Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. GLASGOW - ŞOTLANDİYA.
İSTEHSALÇI: “Fulton Medicinali” S.P.A - İtaliya.
Dərman vasitəsi deyil.